Diplomatic missions

Africa

Asia

Australia and Oceania

Europe

North America

South America

Azerbaijan, Baku, Embassy of the Republic of Bulgaria

Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi “Bolqarıstan uşaqların gözü ilə” onlayn sərgini təqdim etməkdən məmnunluq duyur

02 March 2021 News

Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi “Bolqarıstan uşaqların gözü ilə” onlayn sərgini təqdim etməkdən məmnunluq duyur. Bu təşəbbüs Bolqarıstanın Milli Günü olan “3 mart- Bolqarıstanın Qurtuluş Günü”-nə həsr olunmuşdur və Azərbaycandan və Bolqarıstandan olan ecazkar uşaqlar sayəsində həyata keçirildi. Uşaqlar ölkəmizə inanılmaz maraq göstərdilər və Bolqarıstanın ruhunu, mədəniyyətini, ənənələrini və təbiətini heyranlığa layiq istedad və yaradıcılıqla canlandıra bildilər.

Bolqarıstanı tanıma marağına və göstərilən səylərə görə uşaqlara, onların valideynlərinə və müəllimlərinə səmimi təşəkkürümüzü bildiririk. Biz, həmçinin aşağıda adları qeyd olunan münsiflər heyətinə təşəkkürümüzü bildiririk: Gabriel Panev, Bolqar sənətkarlarının çağdaş nəslinin nümayəndəsi, Veliko Tarnovo Universitetinin "Müqəddəs Kiril və Metodiy" məzunu, ixtisasca rəssam, Veneta Simeonova, Plovdiv “Prof. Assen Diamandiev ” adına Musiqi, Rəqs və Gözəl Sənətlər Akademiyasının“ məzunu, ixtisasca rəssam və Islam Baxşəliyev, Sülhməramlı səfir, "Dirçəliş" Gənclərin Psixoloji-Reabilitasiya Mərkəzinin rəhbəri.

Münsiflərin vəzifəsi son dərəcə çətin idi, çünki bütün əsərlər təqdirə layiqdir. 10 yaşa qədər uşaqlar üçün kateqoriyada, Məryam Movlamli, 8 yaş, birinci yerə layiq görülmüşdür; Dəniz Quliyeva, 10 yaş, ikinci yer; Zəhra Əbdürəhmanlı, 10 yaş , üçüncü yeri tutmuşdurlar. Uşaqlar üçün 11 – 16 yaş kateqoriyasında, Mədinə Həmzətova, 11 yaş, birinci yer, Gülxanım Əmirli, 16 yaş, ikinci yer və Ülkər Əliyeva, 16 yaş, üçüncü yerə layiq görülmüşdür. 40-dan çox uşaq münsiflər heyəti tərəfindən xüsusi işlərinə görə mükafatlandırılmışdır.

Uşaqları təbrik edirik!

Azərbaycandakı pandemiya vəziyyəti imkan verdiyi zaman, səfirlik müsabiqənin ən gözəl işlərindən ibarət canlı sərgi təşkil etməyi planlaşdırır.   Hər kateqoriyada mükafatlandırılan uşaqlar hədiyyələrini almaq üçün səfirliyə dəvət olunacaqdırlar.

“Bolqarıstan uşaqların gözü ilə” sərgisindən zövq alın.

This site uses cookies. By accepting cookies you can optimise your browsing experience.

Accept Refuse More